...

Azərbaycanda əsas yollardan birinin yenidənqurulması davam etdirilir (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2012 12:45 (UTC +04:00)
Hacıqabul-Bəhrəmtəpə yolunun tərkib hissəsi olan Hacıqabul-Bulaqlı yolunun yenidənqurulması hazırda davam etdirilir.
Azərbaycanda əsas yollardan birinin yenidənqurulması davam etdirilir (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Hacıqabul-Bəhrəmtəpə yolunun tərkib hissəsi olan Hacıqabul-Bulaqlı yolunun yenidənqurulması hazırda davam etdirilir.

Trend-in Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunluğu 40,5 km olan 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı yol boyu müxtəlif diametrli 49 boru, 4 heyvan keçidi, 3 körpünün tikintisi və 8-ci km-də Kür çayı üzərindəki körpünün əsaslı təmiri nəzərdə tutulub.

Artıq 8 km hissədə əsasın alt layı, 15 km hissədə isə 2 qat asfalt-beton örtük salınıb və Kür çayı üzərindəki mövcud körpünün əsaslı təmiri başa çatdırılıb. Digər 35 km-də isə torpaq işləri və eyni zamanda körpülərin tikintisi işləri həyata keçirilir. Ümumilikdə, layihənin 2013-cü ildə istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti