...

Bakı yol polisi avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq küçə və prospektlərin siyahısını açıqlayıb

Cəmiyyət Materials 20 Sentyabr 2012 16:29 (UTC +04:00)
Bakıda 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar paytaxtda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq küçə və prospektlərin siyahısı açıqlanıb.
Bakı yol polisi avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq küçə və prospektlərin siyahısını açıqlayıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar paytaxtda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq küçə və prospektlərin siyahısı açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, İdarə əhaliyə, avtomobil sahiblərinə və sürücülərə xəbərdarlıq edir ki, sentyabrın 22-dən oktyabrın 13-dək Bakı şəhərində 16 ölkənin komandalarının iştirakı ilə 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək ki, bütün iştirakçıların hərəkət təhlükəsizliyinin təmin edilməsi zərurəti yaranır.

Onun sözlərinə görə, bu məqsədlə gücləndirilmiş iş saatı ilə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın Nərimanov rayon ərazisindəki Tofiq Bəhramov adına, Nizami rayonu Şəfa və 8-ci kilometr, Səbail rayonu Bayıl, həmçinin Xəzər rayonunun Dalğa Arena stadionlarının yerləşdiyi ərazi və ona bitişik küçə və yollar istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyularaq istiqamətin dəyişdirilməsi barədə xəbərdarlıq edir.

Əsədov bildirib ki, Paytaxtın "Four Seasons", "Kempinski Hotel- Badamdar", "Hilton Baku", "JW Marriott Absheron", "Sheraton", "Park Hyatt" hotellərindən qeyd olunan stadionlar istiqamətinə gedən yollar üzrə çempionat başa çatana qədər "dayanmanı, durmanı, parklanmanı" qadağan edən yol nişanlarının təsir zonalarındakı avtomobil sürücülərinə qarşı ciddi tədbir görüləcək, hətta evakuasiya imkanlarından istifadə ediləcək, eləcə də avtomobil tıxaclarının yaranmaması üçün fərdi avtomobillərin yol kənarında durmasının qarşısı alınacaq.

Həmçinin, Bakı şəhər Dövlət Yol Polis İdarəsi bölgələrdən paytaxta gələn əhaliyə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulmasını nəzərə alaraq, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini, şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir.

Çempionatın keçirilməsi Azərbaycan idman həyatında mühüm əhəmiyyət kəsb etdiyindən, komandaların, hakimlərin, VİP qonaqların, xarici jurnalistlərin və çoxsaylı azarkeşlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dövlət idarələrinin, müəssisə, firma və təşkilat rəhbərlərinin nəzərinə iri yük avtomobillərinin bütün istiqamətlərdən şəhərə daxil olmasına müvəqqəti məhdudiyyət qoyulmasını çatdıraraq, onlardan tabeliklərində olan işçilərə məxsus avtomobillərin iş yerləri ətrafında parklandırılmaması barədə xəbərdarlıq etmələrini xahiş edir.

Çempionata tamaşa etmək istəyən azarkeşlərin şəxsi avtomobillərdən istifadə etməsinin mümkünsüzlüyünü nəzərə alan İdarə bildirilir ki, Salyan şosesi, 20-ci sahə, Azneft meydanı, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, 10-cu zavod dairəsi, Heydər Əliyev prospekti, Hava Limanı şosesi, Buzovna şosesi və həmin marşrutla geriyə Koroğlu körpüsü ilə Qara Qarayev prospekti, Naxçıvanski küçəsi, həmçinin Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza, İstiqlaliyyat, 10-cu park, Lermantov, Teymur Elçin, Mehdi Hüseyn, Mikayıl Müşviq küçələri, Qurd Qapısına və İnşaatçılar, Hüseyn Cavid və N.Nərimanov prospektləri, Bakıxanov, C.Hacıbəyli, Vaqif, Həsənoğlu, Ağaoğlu, F.Xoyski, K.Rəhimov, Qədirbəyov, Dəmirçizadə küçələri, Qələbə meydanı və Xətai prospekti istiqamətlərinə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı şəhər BPİ DYPİ bir daha ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini xahiş edir.

Xəbər lenti

Xəbər lenti