...

Azərbaycan təhsilində ilk dəfə olaraq şagirdlər 3D formatlı dərs keçəcək

Cəmiyyət Materials 24 Sentyabr 2012 12:02 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində 3D texnologiyasının tətbiq olunduğu fənn kabineti yaradılıb.
Azərbaycan təhsilində ilk dəfə olaraq şagirdlər 3D formatlı dərs keçəcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində 3D texnologiyasının tətbiq olunduğu fənn kabineti yaradılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu kabinet ilk dəfə olaraq, Bakıdakı 18 saylı orta məktəbdə təşkil edilib. Kabinetdən yuxarı sinif şagirdləri istifadə edə biləcəklər.

3D formatı məktəbdə tədrisin daha yaxşı təşkil olunmasına, görüntülərin daha canlı verilməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti