...

“Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsinin təqdimat mərasimi keçiriləcək

Cəmiyyət Materials 26 Sentyabr 2012 12:48 (UTC +04:00)
“Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsinin təqdimat mərasimi keçiriləcək
“Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsinin təqdimat mərasimi keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 27 sentyabr 2012-ci il tarixində, saat 11:00-da "Kempinski Badamdar" otelinin "Gabala Ballroom " konfrans zalında (ünvan: Bakı şəhəri, M.Müşfiq küç.1) "Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı" adlı layihənin təqdimat mərasimi keçiriləcəkdir.

Tədbirin keçirilməsində məqsəd qeyd olunan birgə layihənin ictimai təqdimatını təşkil etmək və gənclərin qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında iştirakı sahəsindəki mövcud vəziyyət və gələcək imkanlar barədə müzakirələr aparmaqdır. Tədbirdə Azərbaycan Hökümətinin, beynəlxalq təşkilatların və tərəfdaş milli QHT-lərin nümayəndələri, millət vəkilləri, həmçinin özəl sektor təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Təqdimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Fikret Akçura, BMT-nin İnkişaf Proqramının Layihə rəhbəri Məzahir Əfəndiyev, millət vəkilləri Fuad Muradov və Ceyhun Osmanlı, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova, layihənin rəhbəri Kəmalə Musayeva çıxış edəcəklər.

Tədbirdə layihənin konsepsiyası və planlaşdırılan fəaliyyətlər, o cümlədən, qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakına ictimai və dövlət dəstəyinin göstərilməsi, layihənin icrasında qeyri-hökümət təşkilatlarının iştirakı, dövlət və gənclər təşkilatlarının əməkdaşlığı və layihə çərçivəsində BMT Təhlükəsizlik Şurasının gənclər üçün simulyasiya modelinin yaradılması istiqamətində görüləcək fəaliyyətlər barədə çıxışlar və müzakirələr təşkil olunacaqdır.

Xəbər lenti

Xəbər lenti