...

Azərbaycanda "Ölkədaxili turizmin inkişafı" layihəsi start götürüb

Cəmiyyət Materials 26 Sentyabr 2012 16:00 (UTC +04:00)
Trend-in məlumatına görə, layihənin təqdimatında Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayeva bildirib ki, layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliği istiqamətində işlərin aparılması, ölkədaxili turizmin inkişafı, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatın güclənməsi istiqamətində fəaliyyət göstərəcək.
Azərbaycanda "Ölkədaxili turizmin inkişafı" layihəsi start götürüb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Ölkədaxili turizmin inkişafı" layihəsi start götürüb.

Trend-in məlumatına görə, layihənin təqdimatında Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayeva bildirib ki, layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliği istiqamətində işlərin aparılması, ölkədaxili turizmin inkişafı, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatın güclənməsi istiqamətində fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, layihə həmçinin gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər, adət-ənənələrimiz, təhsil, sülh və beynəlxalq əlaqələrin genişləndirilməsinə yönələcək.

Layihə üçün Bakının 11 rayonundan 3 nümayəndə seçilib.

Layihə çərçivəsində görüşlərin, düşərgələrin təşkili nəzərdə tutulub.

"Ölkədaxili turizmin inkişafı" Təhsil Nazirliyi Gənc Turistlər və Diyarşünaslıq mərkəzi, həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti