...

Bakı yol polisi gücləndirilmiş iş rejimində çalışır

Cəmiyyət Materials 28 Sentyabr 2012 09:35 (UTC +04:00)
Bakıda yaranan elektrik enerjisi problemi şəhərdə bu gün səhər saatlarında avtomobillərin hərəkətinin intensivliyinin artmasına səbəb olub. Bu barədə cümə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Bakı yol polisi gücləndirilmiş iş rejimində çalışır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Bakıda yaranan elektrik enerjisi problemi şəhərdə bu gün səhər saatlarında avtomobillərin hərəkətinin intensivliyinin artmasına səbəb olub. Bu barədə cümə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

"Avtomobillərin hərəkətində tıxaclar yaranıb. Hazırda Bakı yol polisi gücləndirilmiş iş rejimində çalışır", - Əsədov deyib.

Onun sözlərinə görə, avtomobillərin normal hərəkətinin təmini üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda yaranan elektrik enerjisi səbəbindən metropolitenin işi dayanıb, bu isə yollarda avtomobillərin hərəkətinin intensivləşməsinə təsir edib.

Xəbər lenti

Xəbər lenti