...

Sabahdan Azərbaycanda hava nisbətən sabitləşəcək

Cəmiyyət Materials 28 Sentyabr 2012 13:29 (UTC +04:00)
Azərbaycanda sentyabr ayının 29-30-da hava şəraiti nisbətən sabitləşəcək, gilavar küləyi xəzri küləyi ilə əvəz olunacaq.
Sabahdan Azərbaycanda hava nisbətən sabitləşəcək

Azərbaycan, Bakı, 28 sentyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda sentyabr ayının 29-30-da hava şəraiti nisbətən sabitləşəcək, gilavar küləyi xəzri küləyi ilə əvəz olunacaq.

Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü bildirilib.

Bakıda və Abşeron yarımadasında sabah sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq, havanın temperaturu gecə 17-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti