...

Psixi Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən istefa verir

Cəmiyyət Materials 1 Oktyabr 2012 15:43 (UTC +04:00)
Azərbaycanın psixiatriya üzrə ən böyük tibb müəssisəsi olan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən azad olmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.
Psixi Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən istefa verir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın psixiatriya üzrə ən böyük tibb müəssisəsi olan Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru vəzifəsindən azad olmaq üçün səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

Nazirlikdəki mənbələrdən bazar ertəsi Trend-ə verilən məlumata görə, hələlik mərkəzin direktoru Zəfər Əliyevin istefa ərizəsinə cavab verilməyib. Onun bundan sonra fəaliyyətini Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Psixi Sağlamlıq Mərkəzi bu il Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan və ləğv edilmiş Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin bazasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti