...

MTRŞ üzvləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Cəmiyyət Materials 3 Oktyabr 2012 11:27 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvləri qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar çərşənbə günü Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
MTRŞ üzvləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Azərbaycan, Bakı, 3 oktyabr / Trend müxbir M.Əliyev/

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvləri qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar çərşənbə günü Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Trend-in məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında növbəti illərdə qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, Azərbaycanın mövcud iqtisadi imkanları rəqəmsal yayıma keçidlə bağlı və digər problemləri aradan qaldırmağa imkan verəcək.

O, həmçinin efirdə milli-mənəvi dəyərlərə uyğun verilişlərin hazırlanmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti