...

Azərbaycanın 9 dövlət orqanınında vakant vəzifələrin tutulması üçün müsabiqə və müsahibə elan olunub

Cəmiyyət Materials 5 Oktyabr 2012 10:49 (UTC +04:00)
Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə və müsahibə elan edilib.
Azərbaycanın 9 dövlət orqanınında vakant vəzifələrin tutulması üçün müsabiqə və müsahibə elan olunub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsabiqə və müsahibə elan edilib.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqəyə çıxarılmış vəzifələr üzrə oktyabrın 5-dən noyabrın 5-dək müraciət edilməlidir.

Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini oktyabrın 5-dən 24-dək Komissiyaya təqdim edə bilərlər.

Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatları Kreditləri üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi, Bakının Sabunçu, Səbail rayon məhkəmələri və Oğuz rayon məhkəməsindəki vakat vəzifələrin tutulması üçün elan edilib.

Ümumi müsahibə isə Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyindəki vakant vəzifələrin tutulması üçün keçiriləcək.

Xəbər lenti

Xəbər lenti