...

"Bakı" nəşriyyatı keyfiyyətsiz dərslikləri ilə bağlı müraciət edib

Cəmiyyət Materials 5 Oktyabr 2012 10:56 (UTC +04:00)
Azərbaycanda dərsliklərin bir qisminin çapı ilə məşğul olan "Bakı" nəşriyyatı keyfiyyətsiz dərslikləri ilə bağlı şagirdlərə, valideynlərə müraciət edib.
"Bakı" nəşriyyatı keyfiyyətsiz dərslikləri ilə bağlı müraciət edib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dərsliklərin bir qisminin çapı ilə məşğul olan "Bakı" nəşriyyatı keyfiyyətsiz dərslikləri ilə bağlı şagirdlərə, valideynlərə müraciət edib.

"Bakı" nəşriyyatından cümə günü Trend-ə verilən məlumata görə, nəşriyyat nəşr etdiyi bütün kitabların keyfiyyətinə cavabdehdir. Ancaq valideynlərin, şagirdlərin əldə etdiyi dərsliklərdə texniki qüsurlar aşkar edilərsə, bu halda nəşriyyata müraciət edərək kitabları dəyişdirmək olar.

Nəşriyyatdan bildirilib ki, texniki proses olan çap zamanı kitabların kompüter versiyasından çap versiyası hazırlanır. Bu zaman çap, büküm, yığım və üzləmə işləri çox böyük sürətlə gedir. Buna görə də 100 000-120 000 tirajda 4-5 faiz texniki keyfiyyətsizliyin olması istehsal norması sayılır.

Xəbər lenti

Xəbər lenti