...

Ariel Koen: Azərbaycanın beynəlxalq mediada öz yeri var

Cəmiyyət Materials 5 Oktyabr 2012 17:29 (UTC +04:00)
Azərbaycanın beynəlxalq mediada öz yeri var. Azərbaycan KİV-i rus, ingilis, fars, türk dillərini əhatə edə bilər.
Ariel Koen: Azərbaycanın beynəlxalq mediada öz yeri var

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın beynəlxalq mediada öz yeri var. Azərbaycan KİV-i rus, ingilis, fars, türk dillərini əhatə edə bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə "İrs" Fondunun aparıcı eksperti, Trend-in Ekspert Şurasının üzvü Ariel Koen Bakıda mətbuat konfransında bildirib.

"Siz həqiqətən də beynəlxalq arenada təsirə malik ola bilərsiniz", - Koen qeyd edib.

Onun sözlərinə görə, XXI əsrdə beynəlxalq münasibətlər ideyaların və ictimai fikrin mübarizəsindən asılıdır.

"Bu gün başlıca məsələ dövlət tərəfindən idarə olunan KİV-in internet resurslarla, bloqlarla və s. ilə necə rəqabət aparacağıdır. Bu, etimad məsələsidir - insanlar hökumətyönlü KİV-ə etimad göstərəcəklər, yaxud başqa mənbələrdə informasiya axtaracaqlar", - Koen deyib.

Xəbər lenti

Xəbər lenti