...

Bakıda əsas körpülərdən birinin təmirinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2012 11:27 (UTC +04:00)
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1962-ci ildə inşa olunan yolötürücüsündə bu günə qədər əsaslı təmir işləri aparılmamışdır
Bakıda əsas körpülərdən birinin təmirinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bakıda dəmir yolu üzərində yerləşən Cavanşir yolötürücüsünün (keçmiş Qaqarin körpüsü) təmirinə başlanılıb.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1962-ci ildə inşa olunan yolötürücüsündə bu günə qədər əsaslı təmir işləri aparılmamışdır.

Uzun müddət istismarda olan 12 aşırımlı yolötürücüsünün ümumi uzunluğu 203 m, eni isə 17 metrdir. Hazırda dayaqların və rigellərin gücləndirilməsi işləri gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti