...

Azərbaycan sinoptikləri meteohəssas insanlar üçün əlverişli hava vəd edirlər

Cəmiyyət Materials 18 Oktyabr 2012 13:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-20-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycan sinoptikləri meteohəssas insanlar üçün əlverişli hava vəd edirlər

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri meteohəssas insanlar üçün əlverişli hava vəd edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-20-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 19-da əsasən gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti