Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Oktyabrın 28-si və 29-da Azərbaycan ərazisində qısamüddətli yağışlar proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti təşkil edəcək.
Oktyabrın 29-da da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 28-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 12-17, gündüz 20-25, dağlarda isə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Oktyabrın 29-da da Azərbaycanın rayonlarında eyni hava şəraiti davam edəcək.
Son iki gündə Azərbaycan ərazisində qısamüddətli yağışlar proqnozlaşdırılır
Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.