...

Bərdə və Tərtər rayonlarında məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2012 19:44 (UTC +04:00)
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş, məcburən Bərdə və Tərtər rayonlarında məskunlaşmış məcburi köçkün ailələri ilə Qurban bayramı ərəfəsində Bərdə rayonu Şirvanlı kəndində yerləşən 19 saylı Şuşa rayon orta məktəbində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin sədri Bayram Səfərovun, Şuşa rayon İcra Hakimiyyəti başçısı yanında şura üzvlərinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin işirakı ilə görüşü keçirilib.
Bərdə və Tərtər rayonlarında məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş, məcburən Bərdə və Tərtər rayonlarında məskunlaşmış məcburi köçkün ailələri ilə Qurban bayramı ərəfəsində Bərdə rayonu Şirvanlı kəndində yerləşən 19 saylı Şuşa rayon orta məktəbində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin sədri Bayram Səfərovun, Şuşa rayon İcra Hakimiyyəti başçısı yanında şura üzvlərinin və Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin işirakı ilə görüşü keçirilib.

İcmadan Trend-ə verilən məlumata görə, görüş zamanı icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məcburi köçkünlərin problemləri ilə yaxından tanış olub, bir sıra məsələlərin həlli ilə bağlı tapşırıqlar verib, eləcə də məcburi köçkünlərin digər sosial-iqtisadi problemlərinin yaxın zamanlarda həll olunacağını bildirib.

Eyni zamanda, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə, Tərtər və Mingəçevirdə məskunlaşmış məcburi köçkün ailələrinə, Tərtər rayonunda xidmət göstərən Şuşa rayon polis əməkdaşlarına, eləcə də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda məskunlaşmış Şuşa rayonundan olan imkansız ailələrə Qurban bayramı münasibəti ilə sovqatlar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti