Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Milli Məclisin deputatı Novruz Aslanovun İsmayıllı rayonuna səfərləri davam edir.
Oktyabr ayının 31-də millət vəkili növbəti dəfə İsmayıllı şəhərindəki ofisində sakinləri qəbul edib.
Həmişə olduğu kimi bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ ilə bağlı deputat müvafiq addımların atılacağını bildirib.
Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları hər həftə qəbul etmək deputat Novruz Aslanovun əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə millət vəkili hər həftə İsmayıllı rayonuna səfər edir. Eyni zamanda rayonda keçirilən kütləvi tədbirlərdə iştirak edir.
Həmişə olbuğu kimi bu il də Novruz Aslanovun gördüyü işlər barədə Hesabat toplusu hazırlanıb və yaxın günlərdə işıq üzü görəcək.