...

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda konsert keçiriləcək

Cəmiyyət Materials 5 Noyabr 2012 12:45 (UTC +04:00)
9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda ilk dəfə möhtəşəm konsert proqramı keçiriləcək.
Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda konsert keçiriləcək

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda ilk dəfə möhtəşəm konsert proqramı keçiriləcək.

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, konsert noyabrın 9-da saat 20:00-da Dövlət Bayrağı Meydanının yerləşdiyi ərazidə - dəniz sahilində təşkil ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən etibarən noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti