...

Azərbaycanda hotellərdəki qiymətlərin baha olmasının səbəbi açıqlanıb

Cəmiyyət Materials 5 Noyabr 2012 16:05 (UTC +04:00)
Azərbaycanda mehmanxanalardakı xidmətlərin qiymətlərinin baha olması daha cox onların sayının azlığı ilə əlaqədardır.
Azərbaycanda hotellərdəki qiymətlərin baha olmasının səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda mehmanxanalardakı xidmətlərin qiymətlərinin baha olması daha cox onların sayının azlığı ilə əlaqədardır. Trend-in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bazar ertəsi Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, qiymətlər rəqabətdən asılı olaraq formalaşır. Əgər hansısa regionda yeni mehmanxanalar yaranarsa, onda həmin ərazidəki hotellərdə qiymətlərin enməsinə güman verər.

İsmiyev Azərbaycan hotellərindəki qiymətlərin Türkiyə hotellərindəki qiymətlərlə müqayisə edilməsini doğru saymayıb. Onun sözlərinə görə, Türkiyədə yalnız bir bölgədə 500 hotel olduğu halda, Azərbaycanda hotellərin sayı cəmi 500-dür.

"Buna görə də bu qiymətləri heç cür müqayisə etmək olmaz. Azərbaycanda mehmanxanaların sayı artdıqca rəqabət da artacaq", - İsmiyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti