...

Baş Prokurorluq: Rafiq Tağının qətlinin üstünün açılması ilə bağlı istintaq dayandırılmayıb

Cəmiyyət Materials 8 Noyabr 2012 17:01 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəkil Elçin Sadıqovun "Azadlıq" qəzetinə Rafiq Tağının zəhərli iynə vasitəsilə öldürülməsi barədə açıqlamasına münasibət bildirib.
Baş Prokurorluq: Rafiq Tağının qətlinin üstünün açılması ilə bağlı istintaq dayandırılmayıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəkil Elçin Sadıqovun bəzi KİV-ə Rafiq Tağının zəhərli iynə vasitəsilə öldürülməsi barədə açıqlamasına münasibət bildirib.

Eldar Sultanov Trend-ə deyib ki, zərərçəkmiş şəxsin nümayəndəsi Elçin Sadıqov tərəfindən yayılan həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil edir. Belə ki, E.Sadıqov tərəfindən bununla bağlı istintaqa hər hansı bir vəsatət təqdim edilməyib.

"Lakin, bununla belə R.Tağının hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi E.Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib", - o deyib.

Bundan başqa, Eldar Sultanov R.Tağının qətlinin üstünün açılması ilə bağlı istintaqın dayandırılması barədə xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir: "İstintaqın dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti