...

Bolqarıstanın nüfuzlu jurnalında "Şuşa - Qarabağın ürəyidir" adlı məqalə dərc olunub (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2012 19:26 (UTC +04:00)
Bolqarıstanın ən nüfuzlu jurnallarından biri olan "Avropa" jurnalında "Şuşa - Azərbaycan Qarabağının ürəyidir" başlığı altında məqalə dərc olunub.
Bolqarıstanın nüfuzlu jurnalında "Şuşa - Qarabağın ürəyidir" adlı məqalə dərc olunub (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Bolqarıstanın ən nüfuzlu jurnallarından biri olan "Avropa" jurnalında "Şuşa - Azərbaycan Qarabağının ürəyidir" başlığı altında məqalə dərc olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Dağlıq Qarabağ bölgəsinin tarixən Azərbaycana məxsus olduğu bildirilib, 1752-ci ildə Qarabağ xanlığının paytaxtı olan Şuşa qala şəhərinin yaradıldığı və Şuşa şəhərinin Azərbaycan şəhərlərindən biri olduğu qeyd edilib. Şuşa şəhərinin o dövrlərdə mədəniyyətin, ədəbiyyatın, musiqinin və memarlığın mərkəzi hesab olunduğu və Şuşa şəhərinin Azərbaycan muğamının vətəni olduğu vurğulanıb.

Bununla yanaşı, məqalədə 1988-ci ildə SSRİ rəhbərliyinin dəstəyi ilə erməni separatçı birləşmələri tərəfindən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ bölgəsindən azərbaycanlıların məcburi qovulmalarının başlanıldığı, Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğu, ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən çox saylı qətnamələrin qəbul edilməsinə baxmayaraq, Ermənistan dövləti tərəfindən indiyədək bu qətnamələrə məhəl qoyulmadığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti