...

Sabah Bakıda hava küləkli və yağışlı olacaq

Cəmiyyət Materials 10 Noyabr 2012 12:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, güclü xəzri küləyinin əsəcəyi, temperaturun aşağı enəcəyi gözlənilir.
Sabah Bakıda hava küləkli və yağışlı olacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda hava küləkli olacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, güclü xəzri küləyinin əsəcəyi, temperaturun aşağı enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah arabir yağış yağacağı, ayrı-ayrı rayonlarda intensivləşəcəyi, qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 2-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti