...

Noyabrın 12-də Azərbaycan ərazisində temperatur bir qədər də enəcək, yağış yağacaq

Cəmiyyət Materials 11 Noyabr 2012 15:29 (UTC +04:00)
Sabah Azərbaycanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda havanın temperaturu bir qədər də düşəcək və yağış yağacaq.
Noyabrın 12-də Azərbaycan ərazisində temperatur bir qədər də enəcək, yağış yağacaq

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Sabah Azərbaycanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda havanın temperaturu bir qədər də düşəcək və yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq.

Azərbaycanın əksər ərazilərində noyabrın 12-də yağış yağacağı, arabir intensivləşəcəyi ehtimalı var. Temperaturun gecə 6-11°, gündüz 11-16°, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti