...

Bakıda ən çox sıxlıq müşahidə olunan yollar müəyyən edilib

Cəmiyyət Materials 22 Noyabr 2012 13:00 (UTC +04:00)
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində ən çox sıxlıq müşahidə olunan yolları müəyyən edib.
Bakıda ən çox sıxlıq müşahidə olunan yollar müəyyən edilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində ən çox sıxlıq müşahidə olunan yolları müəyyən edib.

NİİM-dən Trend-ə verilən məlumata görə, Heydər Əliyev, Babək (Oqtay Vəliyev küçəsi ilə kəsişmədə), Qara Qarayev (8-ci kilometr bazarının qarşısı), Tbilisi (Nəqliyyat Nazirliyinin yanı), Neftçilər, Xətai (Şərq bazarı və Yaşıl bazar tərəfdə) prospektləri, 3 mikrorayon dairəsi, Abbasqulu Ağa Bakıxanov, Rəşid Behbudov, Akademik Həsən Əliyev (Səməd Vurğun küçəsi ilə kəsişmə), Əziz Əliyev, Üzeyir Hacıbəyov, Niyazi, Yusif Səfərov (Ramiz Quliyev küçəsi ilə kəsişmə), Sakit Qocayev, Ağa Neymətulla, Abdul Vahab Salamzadə (Ziya Bünyadov prospekti ilə kəsişmə) küçələrində pik və axşam saatlarında nəqliyyatın sıxlığı müşahidə olunur.

NİİM-dən bildirilib ki, vətəndaşlar və nəqliyyat istifadəçilərinin bunu nəzərə alaraq mümkün qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti