Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 1080 qida zəhərlənməsi halı baş verib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsindən cümə axşamı Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 1315 nəfər zərər çəkib.
Bu il ərzində 19 botulizm hadisəsi baş verib. Bu hadisələr nəticəsində 25 zərərçəkən olub.
Zəhərlənmələr ev şəraitində hazırlanmış və düzgün şəraitdə saxlanılmayan tortlar, bayat yeməklər və kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.