...

Bakıda dönər satışı ilə məşğul olan müəssisəyə qadağa qoyuldu (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2012 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda dönər satışı ilə məşğul olan müəssisəyə qadağa qoyulub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 225 ünvanında fəaliyyət göstərən fiziki şəxs Halil Karibə məxsus müəssisədə dönər-kababın istehsalı və satışına dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, dönər-kababın istehsalında istifadə olunan çiy dönər müəssisənin özü tərəfindən, zirzəmi şəraitində hazırlanır. İstehsal olunan çiy dönərin uyğunluq və gigiyenik sertifikatları yoxdur, müvafiq qaydada təsdiq edilmiş, bu məhsulun orqonoleptik, fiziki-kimyəvi göstəriciləri, qida və enerji dəyəri barədə məlumatları özündə əks etdirən reseptura və texnoloji təlimat olmadan istehsal olunur.

Hər bir porsiyada ətin ümumi kütləsi resepturaya əsasən (qarnirlə ən azı 50%, qarnirsiz reseptura üzrə, + 10%) müəyyən olunmalı halda, dönər satışı zamanı buna riayyət olunmur, porsiyalar gözəyarı hazırlanır.

Həmçinin çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur, məhsul zirzəmidə sanitar norma və qaydaların tələblərinə cavab verməyən şəraitdə hazırlanır, hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən texnoloji təlimat olmadan həyata keçirilir. Çalışan personal zəruri vasitələrlə (uniforma, əlcəklər, papaqlar) təmin olunmayıb. Hazırlanan dönər-kababın təhlükəslik göstəricilərinə nəzarət edilmir və yoxlanılmır.

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilib, müəssisə cərimə edilmiş və aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisədə çiy dönər və dönər-kabab istehsalı və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti