...

Azərbaycanda insan alveri ilə bağlı son 7 ilin statistikası açıqlandı

Cəmiyyət Materials 6 Dekabr 2012 10:05 (UTC +04:00)
2006-cı ildən bu günədək Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub, onlardan 10-u məcburi əməyə cəlb etmə olub.
Azərbaycanda insan alveri ilə bağlı son 7 ilin statistikası açıqlandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbaliyeva/

2006-cı ildən bu günədək Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub, onlardan 10-u məcburi əməyə cəlb etmə olub. Hesabat dövründə 363 nəfər insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib, 225 cinayətkar qrup (onlardan 8 mütəşəkkil qrup zərərsizləşdirilib) və 473 insan alveri qurbanı müəyyən edilib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı İnsan alverinə və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Beynəlxalq Konfransda daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.

Onun sözlərinə görə, dünyada 20 milyon insan insan alverinin qurbanı, o cümlədən 14 milyon insan məcburi əməyin qurbanı olur. Buradan gələn pullar beynəlxalq terrorçuluğun maliyyələşməsinə xərclənir.

Eyvazov qeyd edib ki, hər il büdcədən insan alveri ilə mübarizəyə 500 min dollar vəsait ayrılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti