...

Məhkəmə Tibb Ekspertizası: Özalın qalıqlarında zəhər aşkar edilib

Cəmiyyət Materials 12 Dekabr 2012 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin keçmiş prezidenti Turqut Özalın qalıqlarından analiz üçün götürülmüş toxuma nümunələrinin tədqiqatı haqqında hesabat Özalın cəsdinin qalıqlarında zəhər olduğunu göstərib. Bu barədə Türkiyənin Məhkəmə Tibb Ekspertizası İnstitutunun rəsmi hesabatında deyilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü CNN Turk telekanalı xəbər verib.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, keçmiş prezidentin cəsədinin qalıqlarında zəhər aşkar olunmasına baxmayaraq, ölümə səbəb zəhər olmayıb. Özalın ölümünün dəqiq səbəbi hələ ki müəyyənləşməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti