...

Səhiyyə Nazirliyinin keçirdiyi aylıq çərçivəsində müayinələrdən keçənlərin çoxu qadınlardır

Cəmiyyət Materials 12 Dekabr 2012 10:53 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Sağlam həyat uğrunda" devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində dekabrın 1-dən 10-dək müayinələrdən keçənlərin çoxu qadınlar olub.
Səhiyyə Nazirliyinin keçirdiyi aylıq çərçivəsində müayinələrdən keçənlərin çoxu qadınlardır

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Sağlam həyat uğrunda" devizi altında keçirilən sağlamlıq aylığı çərçivəsində dekabrın 1-dən 10-dək müayinələrdən keçənlərin çoxu qadınlar olub.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, indiyədək 987885 nəfər müayinədən kecib. Onlardan böyüklər arasında 212485 nəfəri kişi, 278458 nəfəri qadın, 0-17 yaşlı uşaqlar arasında 242768 nəfəri oğlan, 248165 nəfəri qız olub. Ümumilikdə müayinə olunanların 226821 nəfəri Bakı şəhərinin payına düşüb. Onlardan böyüklər arasında 49149-u kişi, 62893-ü qadın, 0-17 yaşlı uşaqlar arasında 55460 nəfəri oğlan, 53310-u qız olub.

Aylıq çərçivəsində indiyədək rayonlarda 761064 nəfər müayinə edilib. Onlardan böyüklər arasında 163336 nəfəri kişi, 215565 nəfəri qadın, 0-17 yaşlı uşaqlar arasında 187308 nəfəri oğlan, 194855 nəfəri qızdır.

Aylıq dekabrın 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti