...

Hüseyqulu Bağırov: Bayılda aktiv zonalarda sürüşmə çox dərindən gedir

Cəmiyyət Materials 12 Dekabr 2012 10:50 (UTC +04:00)
Bakının Bayıl ərazisindəki aktiv sürüşmə zonalarında sürüşmə çox dərindən gedir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Hüseyqulu Bağırov: Bayılda aktiv zonalarda sürüşmə çox dərindən gedir

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/

Bakının Bayıl ərazisindəki aktiv sürüşmə zonalarında sürüşmə çox dərindən gedir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Sürüşmənin qarşısını almaq üçün ərazi tamamilə yaşıllaşdırılıb. Yaşıllaşdırma nəticəsində çox yaxşı - təxminən 98 faiz bitiş alınıb", - Bağırov əlavə edib.

Nazir deyib ki, üst suları absorsiya olunması, yəni suların dərin qata keçməməsi üçün ağaclar tərəfindən qidalanıb. Ümumiyyətlə, bu il ərzində Abşeron yarımadasında, Quba, Şamaxı, Qazax, Ələt, Salyan istiqamətlərində olan yol kənarlarında 1833 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti