...

Azərbaycanda həmkarlar ittifaqlarına vəsaitin ayrılması ilə bağlı qanunvericilik sərtləşdiriləcək

Cəmiyyət Materials 13 Dekabr 2012 13:13 (UTC +04:00)
Azərbaycanda həmkarlar ittifaqına vəsaitin ayrılması ilə bağlı qanunvericilik sərtləşdiriləcək.
Azərbaycanda həmkarlar ittifaqlarına vəsaitin ayrılması ilə bağlı qanunvericilik sərtləşdiriləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda həmkarlar ittifaqına vəsaitin ayrılması ilə bağlı qanunvericilik sərtləşdiriləcək. Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin cümə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə, Əmək Məcəlləsinə və "Həmkarlar ittifaqı haqqında" qanuna bununla bağlı dəyişikliklər müzakirə olunub.

Dəyişikliklər mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfin həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməsini və 4 iş günü müddətində həmkarlar ittifaqının hesabına köçürülməsini tələb edir. Köçürülməni gecikdirənlərə qarşı isə inzibati tənbeh cəzası nəzərdə tutulur.

Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, bu dəyişiklik həmkarlar ittifaqlarının formalaşmasına və inkişafına öz töhfəsini verəcək. Belə ki, vaxtında baş tutan köçürmələr hesabına həmkarlar ittifaqı daha çox üzvlərini vaxtında lazımi kurort, sanatoriyalara göndərmək, onlara yardım etmək imkanı əldə edəcək.

Müzakirələrin yekununda sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti