...

Azərbaycanda elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurların sadələşdirilməsi təklif edilib

Cəmiyyət Materials 18 Dekabr 2012 11:08 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurların sadələşdirilməsini təklif edib.
Azərbaycanda elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurların sadələşdirilməsi təklif edilib

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov elmi dərəcələr almaq istəyən gənclər üçün tələb olunan prosedurların sadələşdirilməsini təklif edib. Trend-in məlumatına görə, bu barədə Mərdanov "Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı"nda çıxışı zamanı deyib.

O bildirib ki, Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir o qədər də problemlərlə rastlaşmırlar.

"Azərbaycanda da prosedurlar sadələşdirilməlidir. Biz nə ediriksə, bütün bunlar hamısı elmin inkişafına yönəlməlidir. Süni maneələr aradan qaldırılmalıdır. Ona görə də istəyirəm ki, biz hamımız bir söz deyək və prosedurların sadələşdirilməsi üçün işlər görək", - nazir deyib.

O əlavə edib ki, Azərbaycanda gənc alimlərin sayı çox azdır. Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Mərdanovun sözlərinə görə, gənc alimlərin sayının artırılması üçün indidən tədbirlər görülməldir.

Nazir deyib ki, hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi var. Onların 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri isə fəlsələ doktoru və elmlər namizədidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti