...

İranda 1,3 milyondan çox insan narkotik asılılıqdan əziyyət çəkir

Cəmiyyət Materials 26 Dekabr 2012 17:46 (UTC +04:00)
Son statistik məlumatlara əsasən, İranda 1,325 milyon nəfər narkotik asılılıqdan əziyyət çəkir.
İranda 1,3 milyondan çox insan narkotik asılılıqdan əziyyət çəkir

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

Son statistik məlumatlara əsasən, İranda 1,325 milyon nəfər narkotik asılılıqdan əziyyət çəkir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mehr" agentliyi Narkotiklərə Nəzarət Qərargahının Elmi-Araşdırma Mərkəzinin direktoru Həmid Səramiyə istinadən məlumat verir.

Onun sözlərinə görə, bu, İran əhalisinin 2,65 faizini təşkil edir. Narkotikdən asılılığı olanların böyük əksəriyyəti 15-64 yaşları arasındadır.

İranın 31 əyalətində keçirilən araşdırmaya əsasən, 1,325 milyon narkotikdən asılılığı olan insandan 91 faizini kişilər, 9 faizini isə qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti