...

Azərbaycan Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı tətbiq olunub

Cəmiyyət Materials 29 Dekabr 2012 11:11 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bunu nazirliyin geniş kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev bildirib.
Azərbaycan Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı tətbiq olunub

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı tətbiq olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bunu nazirliyin geniş kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

Xüsusi nömrələnmiş və nəfis şəkildə hazırlanmış nişanlar nazir tərəfindən sahiblərinə elə iclas zamanı təqdim olunub.

Bu nişanlar Səhiyyə Nazirliyinin Kadrlar Şöbəsinin müdiri Kəmalə Mehdiyevaya, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin feldşer-lobarantı Zoya Abdalovaya, "Dərman vasitələrinin Analitik Ekspertiza mərkəzi"nin direktoru Abdullazadə Əbülfəz Abdulla oğluna, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Ağayev Gündüz Xeyrəddin oğluna, S.N-nin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Cəfərov Məmməd Məmmədovicə, Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri
Əhmədbəyli Xalidə Fərhad qızına, İnformatika və Statistika İdarəsinin rəisi Əmrahov Mehdi Ənvər oğluna, Kliniki Tibbi Mərkəzin şöbə müdiri Hüseynzadə Sadiq Əmrah oğluna, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Kərimov Adil Kərim oğluna təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti