...

Dövlət Agentliyi: "ASAN Xidmət" mərkəzinə müraciət edəcək vətəndaşların rahatlığı əsas məsələdir

Cəmiyyət Materials 30 Dekabr 2012 11:52 (UTC +04:00)
Dövlət başçısı İlham Əliyevin imzaladığı fərmanla yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN Xidmət" mərkəzləri 2013-cü ilin yanvar ayından fəaliyyətə başlayaraq əhaliyə xidmət göstərəcək.
Dövlət Agentliyi: "ASAN Xidmət" mərkəzinə müraciət edəcək vətəndaşların rahatlığı əsas məsələdir

Azərbaycan, Bakı, 30 dekabr /Trend, İ.İsabalayeva/

Dövlət başçısı İlham Əliyevin imzaladığı fərmanla yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN Xidmət" mərkəzləri 2013-cü ilin yanvar ayından fəaliyyətə başlayaraq əhaliyə xidmət göstərəcək. Trend-in məlumatına görə, bunu Dövlət Agentliyinin sədri İnam Kərimov bazar günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "ASAN Xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək. Agentliyin fəaliyyətinin əsas istiqamətlərinin birincisi operativlikdir.

"ASAN xidmət" mərkəzinə müraciət edəcək vətəndaşların rahatlığı əsas məsələdir. Buraya gələn vətəndaş elektron növbə əldə edəcək. Bundan sonra öz növbələrini gözləmə zalında gözləyəcəklər. Burada uşaqla gələn insanların uşaqlarının oynaması üçün uşaq əyləncə mərkəzi, eyni zamanda, foto, tibb, internet xidməti də göstəriləcək. Gözləmə zalında, həmçinin vətəndaşlar üçün rüsumların bağlı məlumatlar da yerləşdirilib", - Kərimov deyib.

O qeyd edib ki, burada ödəmələr dövlət qulluqçusuna birbaşa ödənilməyəcək. Burada bütün ödənişlər yalnız gözləmə zalında olan banka ödəniləcək, ödəmələr elektron yolla həyata keçiriləcək. Vətəndaş əldə etdiyi qəbzi aidiyyəti dövlət qurumunun nümayəndəsinə təqdim edəcək. Şəffaflığın təmini üçün burada mərkəzdə videokameralar da quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti