...

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Cəmiyyət Materials 7 Yanvar 2013 12:04 (UTC +04:00)
Bir necə gün davam edən nisbətən mülayim qış havasından sonra Bakıda və Abşeron yarimadasında yanvarın 9-da hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir.
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bir necə gün davam edən nisbətən mülayim qış havasından sonra Bakıda və Abşeron yarimadasında yanvarın 9-da hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə yanvarın 9-da və 10-da 5-10 dərəcə enəcək. Yanvarın 9-u axşam saatlarında və 10-da gün ərzində, yanvarın 11-i səhərədək hava fasiələrlə yağıntılı olacaq. Bu proses sulu qarla başlayacaq. Yanvarın 10-da gün ərzində arabir qar yağacaq. Eyni zamanda, bu proses şimal küləyinin güclənməsi ilə müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20, arabir 25 metrə çatacaq. Havanın temperaturu yanvarın 9-da gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcəyə yaxın isti olacaq. Tağıyeva deyib ki, yanvarın 10-da gecə və gündüz saatlarında eyni temperatur müşahidə olunacaq. Həmin gün 1 dərəcə istidən 2 dərəcəyədək şaxta proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında isə bu proses yanvarın 8-i axşam şimal və qərb rayonlarından başlayacaq və yanvarın 11-i səhərədək davam edəcək.

Hava fasilələrlə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Yağıntıların vəzi rayonlarda intensivləşəcəyi də proqnozlaşdırılır.

Temperaturun kəskin aşağı enməsi, havanın şaxtalı olması ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti