Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni dərsliklərin monitorinqinə başlayır.
Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 14-dən ingilis və alman dili fənləri dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə başlanacaq.
Həmin gündən həm də ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə start veriləcək.
Bu gün həmin fənlər üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminarlarda bu işlərin gerçəkləşməsi üçün işçi qrupu da yaradılıb.