...

Hərbi ekspert: Daşkəsəndə əsgər ölümünə görə günahkar şəxslər məsuliyyətə cəlb olunacaqlar

Cəmiyyət Materials 10 Yanvar 2013 18:48 (UTC +04:00)
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümündə günahkar şəxslər məsuliyyətə cəlb olunacaqlar. Amma təəssüf doğuran hal odur ki, bəzi siyasi qüvvələr, bəzi mətbuat orqanları bu məsələni siyasiləşdirirlər.
Hərbi ekspert: Daşkəsəndə əsgər ölümünə görə günahkar şəxslər məsuliyyətə cəlb olunacaqlar

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümündə günahkar şəxslər məsuliyyətə cəlb olunacaqlar. Amma təəssüf doğuran hal odur ki, bəzi siyasi qüvvələr, bəzi mətbuat orqanları bu məsələni siyasiləşdirirlər. Bu barədə cümə axşamı Trend-ə hərbi ekspert Emil Həsənli bildirib.

"Ordunu siyasətə qarışdırmaq olmaz. Hamı ordunu sevməlidir", - o qeyd edib.

Həsənli deyib ki, belə məsələlərə xüsusi diqqətlə yanaşmaq lazımdır. Bir hadisəyə görə ordunu gözdən salmaq olmaz.

"Hamımız ölən əsgərin ailəsinə, yaxınlarına başsağlığı veririk. Çalışmalıyıq ki, ordumuza dəstək olaq. Belə həssas məsələlərdə dövlət maraqlarından çıxış etmək lazımdır", - o bildirib.

Ekspertin sözlərinə görə, bir-iki hadisədən öz maraqları üçün istifadə edən bəzi siyasi qüvvələr, mətbuat orqanları bu gün ordumuzun döyüş hazırlığından bircə cümlə belə yazmırlar.

"Xüsusən də bu çağırış ərəfəsində gəncləri orduda xidmətdən yayındırmaq, onları həvəsdən salmaq olmaz", - Həsənli deyib.

Qeyd edək ki, Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov bir neçə gün əvvəl dünyasını dəyişib.

Bəzi KİV-lər əsgərin meyitinin fotolarını yayıb, fotolarda onun xəsarətlər aldığı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti