Azərbaycan, Bakı, 11 yanvar / Trend, müxbir A.Tağıyeva /
Hava şəraitinin pis olması ilə əlaqədar İstanbulda bir sıra dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Hürriyət" qəzeti xəbər yayıb.
Məlumata görə, hava şəraiti yaxşılaşmazsa, dəniz reysləri sabah da təxirə salına bilər.
Cari həftənin əvvəlindən Türkiyə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Sinoptiklər İstanbulda və ölkənin bir çox vilayətlərində bu həftə də güclü qarın davam edəcəyini proqnozlaşdırırlar. Gələn həftədən hava şəraitinin sabitləşəcəyi bildirilir.