...

Azərbaycanda bəzi yeni dərsliklərin hazırlanması ilə bağlı tenderin keçirilmə tarixi yaxın vaxtlarda məlum olacaq

Cəmiyyət Materials 12 Yanvar 2013 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda Satınalmalar üzrə Dövlət Agentliyi Təhsil Nazirliyinin orta məktəblərin II və VI sinif dərsliklərinin yenidən hazırlanması məqsədilə tenderin keçirilməsi ilə bağlı müraciətinə yanvarın 20-dək cavab verəcək. Bunu Trend-ə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.

Onun sözlərinə görə, 2013-2014-cü tədris ilində II sinif şagirdləri üçün ikinci dəfə, VI sinif şagirdləri üçün isə ilk dəfə kurikulumla dərslik hazırlanacaq.

Şahbazlı bildirib ki, adətən, mayın 1-dək yeni dərsliklərin əlyazmaları Tender Komissiyasına daxil olur. Tender Komissiyası əlyazmaları qiymətləndirdikdən sonra Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edir.

Şöbə müdirinin sözlərinə görə, gələn tədris ilindən orta məktəblərdə fizika fənninin 6-cı sinifdən tədrisinə başlanılması ilə əlaqədar bu il həmin fənn üzrə də dərslik hazırlanacaq.

Şahbazlı deyib ki, sovet dövründə VI siniflər üçün fizika dərsliyinin olmasına baxmayaraq, bu il fizika dərsliyi hazırlanarkən həmin nəşrlərdən istifadə edilməyəcək. Bu dərslik milli müəlliflər tərəfindən tamamilə yenidən hazırlanacaq.

"Bu gün hətta yuxarı siniflərdə istifadə olunan dərsiklər də milli dərsliklərdir. Onlar milli müəliflərimiz tərəfindən hazırlanıb", - şöbə müdiri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti