...

Bakıda istirahət günü gəzinti havası olacaq

Cəmiyyət Materials 12 Yanvar 2013 12:59 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Bakıda istirahət günü gəzinti havası olacaq

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 0-3, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti