Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/
İçərişəhərdə qəzalı vəziyyətdə olan binanın sakinləri müvəqqəti köçürüləcəklər. Bu barədə cümə günü Trend-ə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.
Qeyd edək ki, Böyük Qala küçəsi, 5 ünvanında yaranmış qəzalı vəziyyəti aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət olunub.
"İş üzrə yekun qərar qəbul edilənədək üçmərtəbəli binada yaşayış qadağan edilib. 2013-cü ildə sakinlər köçürülməklə, bu binada da təmir-bərpa işlərinə başlanılması nəzərdə tutulur", - İdarədən bildirilib.
Qeyd edilib ki, Qoruq ərazisində qəzalı vəziyyətdə olan binalarla bağlı məsələlər həll olunmağa başlanıb.
"Belə ki, Mirzə Şəfı küçəsi, 6 ünvanında yerləşən üçmərtəbəli yaşayış binası məhkəmə qərarı ilə qəzalı elan edilib, sakinlərə müvəqqəti yaşayış sahəsinin kirayələnməsi üçün kompensasiya ödənilib, layihə-smeta sənədləri sifariş olunub", - İdarədən bildirilib.