...

Azərbaycan və Polşa təhsil sahəsində əməkdaşlığı müzakirə edəcək

Cəmiyyət Materials 21 Yanvar 2013 10:38 (UTC +04:00)
Azərbaycan və Polşa təhsil sahəsində əməkdaşlığı müzakirə edəcək. Bu məqsədlə yanvarın 30-dan fevralın 3-dək geniştərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək.
Azərbaycan və Polşa təhsil sahəsində əməkdaşlığı müzakirə edəcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Polşa təhsil sahəsində əməkdaşlığı müzakirə edəcək. Bu məqsədlə yanvarın 30-dan fevralın 3-dək geniştərkibli Azərbaycan nümayəndə heyəti Polşaya səfər edəcək.

Trend-in məlumatına görə, Polşa tərəfdən Avronest PA-nın vitse-prezidenti, Avropa Parlamentinin deputatı Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaq səfərdə əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir.

Səfər zamanı təhsil sahəsində əməkdaşlıq, eləcə də müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi məqsədilə Polşanın Lodz Universiteti, Krakov şəhərində yerləşən Yagellon Universiteti və Varşava şəhərində yerləşən Avropa Kolleci ilə Azərbaycanın aparıcı universitetləri, xüsusilə də Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulub.

Polşaya səfər edəcək nümayəndə heyətinə təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, millət vəkilləri - Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov, həmçinin Avronest PA-da nümayəndə heyətinin üzvləri olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti