...

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə yeni sədr seçildi

Cəmiyyət Materials 28 Yanvar 2013 13:43 (UTC +04:00)
Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin yeni sədri gənc və peşəkar hüquqşünas Fərhad Vəliyev seçilib.
Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə yeni sədr seçildi

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin yeni sədri gənc və peşəkar hüquqşünas Fərhad Vəliyev seçilib. Bu barədə Trend-ə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Həmçinin, qurumun 11 nəfərdən ibarət İdarə Heyəti də seçilib və formalaşdırılıb.

Vəliyev təşkilatın bundan sonrakı fəaliyyətində də dinamik inkişaf tendensiyasının qorunub saxlanılacağını vurğulayıb.

Təşkilatın əvvəlki sədri Elmari Məmişov isə bundan sonrakı fəaliyyətini Azərbaycan Hüquqşünasları Konfederasiyasının tərəfdaşları ilə birgə USAİD-in dəstəyilə icra etdiyi "Azərbaycan Hüquqlar Konsorsiumu" layihəsinin direktoru kimi davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi 1999-cu ilin mart ayının 19-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. AGHB qeyri-hökumət, qeyri-kommersiya, müstəqil gənclər qurumudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti