...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı təqdim olunub

Cəmiyyət Materials 30 Yanvar 2013 11:16 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verilir. Trend-in məlumatına görə, bu gün saytın təqdimat mərasimi keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı təqdim olunub

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni internet saytı istifadəyə verilir. Trend-in məlumatına görə, bu gün saytın təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Komitə sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsində siyasəti, milli-mənəvi dəyərlərimizə qayğısı, ölkəmizdəki tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr, o cümlədən ibadət yerləri və ziyarətgahlar, eləcə də Komitənin fəliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədi ilə Dövlət Komitəsinin rəsmi internet saytı fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlanıb.

"Rəsmi internet saytını yenidən qurmaqla dini icmalar, KİV nümayəndələri, müxtəlif sahələrdə fəaliyyətət göstərən insanların Dövlət Komitəsi ilə qarşılıqlı əlaqələrini daha asan şəkildə təmin etmək istəyirik", - İskəndərov deyib.

Qeyd edək ki, dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün DQİDK bir neçə ay öncə yeni rəsmi saytının hazırlanmasına qərar verib. Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilib. Bundan başqa, yeni veb saytda Azərbaycanda olan məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilib.

Dövlət Komitəsi dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti