...

Bakıda gəzintiyə çıxarkən çətir götürməyi unutmayın

Cəmiyyət Materials 1 Fevral 2013 12:52 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bakıda gəzintiyə çıxarkən çətir götürməyi unutmayın

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 1-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 2-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti