...

İstirahət günü Azərbaycanda yağıntılı hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 2 Fevral 2013 11:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər az yağıntılı olacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
İstirahət günü Azərbaycanda yağıntılı hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər az yağıntılı olacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 3-də hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti