...

Azərbaycan və Türkiyə tərəfindən ümümtürk tarixinin planı hazırlanır

Cəmiyyət Materials 4 Fevral 2013 11:21 (UTC +04:00)
Yaxın zamanda Bakıda bütün türkdilli ölkələrin tarixçilərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək
Azərbaycan və Türkiyə tərəfindən ümümtürk tarixinin planı hazırlanır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir M.Əliyev/

Yaxın zamanda Bakıda bütün türkdilli ölkələrin tarixçilərinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib.

O bildirib ki, tarixçilərin görüşünün məqsədi ümümtürk tarixinin hazırlanması istiqamətində işlərin sürətləndirilməsindən ibarətdir.

Mahmudovun sözlərinə görə, artıq Azərbaycan və Türkiyə tərəfindən ümümtürk tarixinin ümümi planı hazırlanır və onun yazılmasına başlanılacaq.

"Azərbaycan və Türkiyə arasında tarix məsələsində heç bir ixtilaf yoxdur, sadəcə biz ortaq tarixin yazılması prosesini uzlaşdırmalıyıq. Biz Sultan Səlimə, Sultan Süleymana necə münasibət bəsləyiriksə, Səfəvi tarixi, Ağqoyunlu tarixi də o dərəcədə Türkiyədə sevilməlidir. Əmir Teymuru özbəklər necə sevirsə, Azərbaycanda və Türkiyədə də o cür sevgi aşılanmalıdır. Türkün tarixi şəxsiyyətləri və türkün yaratdığı mədəniyyət bütün türk ölkələrində eyni dərəcədə sevdirilməlidir", - o deyib.

Mahmudov bildirib ki, artıq Azərbaycanın orta məktəb dərsliklərində bütün türk imperiyalarının tarixi öyrənilir. Məsələ qaldırılıb ki, bu, bütün türkdilli ölkələrdə keçiriləcək.

Qeyd edək ki, ortaq türk tarixinin yazılması məsələsi Azərbaycan və Türkiyənin dövlət başçılarının görüşündə müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti