...

Azərbaycanın bəzi yerlərində hava şəraiti qısa müddətə soyuyacaq

Cəmiyyət Materials 5 Fevral 2013 12:13 (UTC +04:00)
Azərbaycanda müşahidə edilən mülayim qış havasından sonra fevralın 7-də respublikanın bəzi yerlərində hava şəraiti qısa müddətə soyuyacaq.
Azərbaycanın bəzi yerlərində hava şəraiti qısa müddətə soyuyacaq

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müşahidə edilən mülayim qış havasından sonra fevralın 7-də ölkənin bəzi yerlərində hava şəraiti qısa müddətə soyuyacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə axşamı Trend-ə bildirib ki, yaxın üç gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Fevralın 6-da axşam, fevralın 8-də əsasən, səhər bəzi yerlərdə duman gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək, fevralın 7-də çənib küləyi ilə əvəzlənəcək. Fevralın 7-də gecə və səhər bəzi yerlərdə ciskinli yağış yağacağı gözlənilir.

Yaxın üç gündə havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yaxın üç gün əzində əsasən, yağmursuz hava şərtaiti müşahidə olunacaq. Lakin fevralın 7-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı gözlənilir Fevralin 8-də hava yenidən əsasən, yağmursuz olacaq.

Fevralın 6-da arabir güclənən qərb küləyi əsəcək.

Yaxın üç gündə Aran rayonlarında havanın temperaturu gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gündüz 3-8 dərəcə isti gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti