...

Homeosiniatriya - Bioloji Təbabətin bir sahəsi kimi

Cəmiyyət Materials 5 Fevral 2013 15:57 (UTC +04:00)
HOMEOSİNİATRİYA şərq və qərb təbabətinin sintezi olub, son illər daha aktual və populyar olmuşdur.
Homeosiniatriya - Bioloji Təbabətin bir sahəsi kimi

HOMEOSİNİATRİYA şərq və qərb təbabətinin sintezi olub, son illər daha aktual və populyar olmuşdur. Keçən əsrin 70 - ci illərində alman professor Hartmut Hayne akupunktur nöqtələrin quruluşunu ətraflı şəkildə araşdırdıqdan sonra insan anatomiyası və fiziologiyası elmlərinə əsaslanaraq homeosiniatriya metodunu işləyib hazırladı. HOMEOSİNİATRİYAda akupunktur nöqtələrə antihomotoksik dərman preparatları yeridildiyindən daha güclü və uzunmüddətli müalicəvi effekt əldə edilir. Həmçinin yeridilən bioloji preparatlar bütün orqanizmə təsir göstərir. Beləliklə, HOMEOSİNİATRİYA antihomotoksikologiya və akupunktura metodlarının birgə istifadəsinə əsaslanır.

HOMEOSİNİATRİYA zamanı az miqdarda antihomotoksik preparat akupunktur zonalarına dəridaxili və dərialtı olmaqla yeridilir. Antihomotoksik preparatlar Almaniyada yüksək texnologiya ilə istehsal olunan və tərkibində bitki, heyvan mənşəli komponentlər, göbələklər, təbii minerallar, katalizatorlar, canlı və zəiflədilmiş mikroorqanizmlər, insan orqanizmində gedən kimyəvi reaksiyaların aralıq məhsulları olan dərman preparatlarıdır. Bəs HOMEOSİNİATRİYAnın təsir mexanizmi nəyə əsaslanır?

• Antihomotoksik preparatlarla bioenergetik proseslər tənzimlənir və özünümüdafiə sistemləri aktivləşdirilir.
• Akupunktur nöqtələrə təsir göstərilir.
• Iynəbatırma zamanı kimyəvi mediatrların ifraz olunması ilə əlaqədar olaraq ağrı ilə stimulyasiya həyata keçirilir.
• Zədə nahiyəsinə yaxın yeridilmiş dərman preparatı tədricən sorularaq effektli və uzun müddətli müalicəvi təsiri təmin edir. Buna "depo"effekti deyilir.

HOMEOSİNİATRİYA təbabətin müxtəlif sahələrində uğurla istifadə edilir. Akupunkturadan əsas üstünlüyü:

• müalicəvi imkanlarının genişdir
• eyni vaxtda bir neçə xəstəlik müalicə olunur.

Son 15 ildə homeosiniatriya müalicə həkimlərinin diqqətini daha çox cəlb edir. Belə ki, bu metodla xəstəliklər daha tez və effektli müalicə olunur. Aşağıdakı problemlərin müalicəsində geniş istifadə edirlər:

• ağrı sindromu - yerləşmə yerindən və ağırlıq dərəcəsindən asılı olmayaraq
• radikulopatiya
• oynaq xəstlikləri o cümlədən, artroz
• daxili orqanların əksər xəstəlikləri

Bu müalicə üsulundan Bioloji Təbabət klinikasında uğurla istifadə olunur. Klinika yarandığı gündən dünya alimlərinin təsdiq etdiyi bioloji təbabət elminin müxtəlif tibbi istiqamətlərinin tətbiqi ilə məşğul olur. Bioloji təbabət orqan və sistemlərin tarazlaşdırılmış və harmonik fəaliyyətini təmin edən özünütənzimləmə mexanizmlərinin aktivləşdirilməsi və bərpası aparılır.

Bu metod xüsusilə uzunmüddətli və çətin müalicə olunan xəstəliklərin müalicəsində çox geniş istifadə olunur.

Klinikada mütəmadi olaraq Almaniya, Rusiya, İtaliya və digər ölkələrdən gələn mütəxəssislərin iştirakı ilə müxtəlif elmi seminarlar keçirilir, həmçinin yüksək ixtisaslı həkim məsləhətinə və müalicəyə ehtiyacı olan xəstələr gələn mütəxəssislər tərəfindən qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti